XXI yüzilliyin inkişaf prioritetləri mövzusunda konfrans

11 may 2018-ci il tarixində saat 10:00-da AMEA-nın Əsas binasında “Azərbaycanda və Rusiyada ictimai coğrafiya və XXI yüzilliyin inkişaf prioritetləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

www.science.gov.az saytı yazır ki, mayın 14-dək davam edəcək konfransın təşkilatçıları AMEA-nın Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Rusiya Coğrafiyaçı İctimaiyyətçilərinin Assosiasiyası və AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasıdır.

Tədbirdə Türkiyə, Rusiya, Polşa, Fransa, Serbiya və Çindən 50-yə yaxın alim və mütəxəssis iştirak edəcək.

“Azərbaycanda və Rusiyada XXI yüzillikdə ictimai coğrafiyanın inkişaf faktorları, tendensiyaları və prioritetləri”, “Azərbaycan və Rusiya müasir geopolitik, geoiqtisadi, geodemoqrafik və geomədəni proseslərdə”, “İctimai-coğrafiya sistemlərinin dinamikası və ərazi planlaşdırılması”, “Ekoloji təhlükəsizliyin ictimai-coğrafi aspektləri”, “Müasir ictimai-coğrafi proseslərdə landşaft fenomeni” və digər prioritet mövzular konfransda müzakirə ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pr.115.

 

                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında