“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

www.science.gov.az saytında verilən məlumata görə,  23 may 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə gerçəkləşəcək tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

İki gün davam edəcək konfransda Qafqaz ölkələrinin xarici siyasəti və qarşılıqlı münasibətləri, Qafqazda geosiyasi şərait, Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və digər problemlər, Qafqazda münaqişələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqələri bölmələri üzrə müzakirələr keçiriləcək.

 

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında