ATMU-da jurnalist-araşdırmaçı Dilqəm Əhmədlə görüş olub

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamı dövlətçilik tariximizdə çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin öyrənilməsi və onun nailiyyətlərinin gənc nəslə çatdırılması istiqamətində məsul vəzifələr qoyub. Dövlət başçısının 2018-ci il 10 yanvar tarixli digər sərəncamına əsasən, cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu yubileyə dövlət səviyyəsində çox böyük önəm verilməsinin bariz göstəricisi, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.

Bu günlər Azərbaycan Turizm və Menecment  Universitetində AXC-nin 100 illiyinə həsr olunan  silsilə görüş,tədbir və yığıncaqlar təşkili olunur.

Ali təhsil müəssisəsinin "Menecment" kafedrasının təşkilatçılığı ilə Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, publisist Dilqəm Əhmədlə görüş olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılrının həyatına həsr edilən “Mühacirlərin dönüşü” (2017) və “Fərqlilər” (2015)   adlı kitabların təqdimatı keçirilib.

  “Menecment” kafedrasının müdiri İsrayıl İsgəndərov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Dilqəm Əhməd bildirib ki,Türkiyədə yaşadığı dövrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. O, mühacirlərin ailə üzvləri ilə əlaqə quraraq, onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə etməyə müvəffəq olub. D. Əhməd tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında