ATMU tələbələri Çində təcrübə semestrindədir

 Bir neçə gündür ki, Azərbaycan Turizm və Menecment Universitetinin  4 tələbəsi - Firuz Məcidzadə, Ərəş Paşayev, Məhəmməd İbrahimli və Murad Bilalov Çin Xalq Respublikasındadırlar.

Universitetin tələbələri Çin Xalq Respublikasının Hubei Politexnik İnstitutu nəzdində fəaliyyət göstərən Hubei Peşə Texniki Kolleci və ATMU arasında bağlanan "Beynəlxalq otellərin idarəetməsi üzrə birgə sertifikasiya proqramı" çərçivəsində adıçəkilən ölkədə 5 aylıq istehsalat təcrübəsini uğurla davam etdirirlər.

ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, peşəkarlıq vərdişlərinin qazanılmasını şərtləndirən  5 aylıq istehsalat təcrübəsində tələbələr mühitə adaptasiya məqsədi ilə adıçəkilən institutda bir sıra dərs və dərsdənkənar məşğələlərin dinləyicisi və Hubei TV-nin qonaği olublar. Çin dili, kalliqrafiya və kunq fu dərslərində iştirak edib,könüllü qanvermə aksiyasına qoşulublar.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında