Avstriyalı alim Şamaxı Astrofizika Rəsədxanasında

Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin (VTTM) meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü, professor Ludovic Ferriere AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.

www.science.gov.az saytı yazır ki, qonağa rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində məlumat verilib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində L.Ferriere ŞAR-ın seminarında çıxış edib. Tədbiri rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq avstriyalı alimin səfərinin əsas məqsədinin ŞAR-ın Astronomiya Muzeyində qorunub saxlanılan Yardımlı meteoritinin müasir texnologiyalarla yenidən analizi, həmçinin digər meteoritlərlə bağlı məlumatların öyrənilməsi olduğunu bildirib: "Bundan əlavə, 1906-cı ildə tapılmış Kulp meteoritinin ermənilərin iddialarının əksinə olaraq, Azərbaycana məxsusluğunun dəlillərlə sübut edilməsi də planlaşdırılır".

Daha sonra qonaq seminarda “Meteoritlər və onların Yer üzərindəki zərbə kraterləri: biz onlardan nə öyrənirik?” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə dünyanın unikal eksponatlarının saxlanıldığı VTTM haqqında məlumat verib. Azərbaycan ərazisindən tapılan meteoritlərdən danışan natiq vurğulayıb ki, 1891-ci ildə Ağcabədi rayonu ərazisindən aşkarlanan Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.

Daha sonra L.Ferriere Yer üzərindəki zərbə kraterləri, onların yayılma arealından və ekspedisiyalarından  bəhs edib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

 

                       Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında