Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları müzakirə edilib

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin institutun Riyazi analiz şöbəsinin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyev Rusiyanın Rostov vilayətində keçirilən "Harmonik analiz və operatorlar nəzəriyyəsinin müasir metodları, problemləri və tətbiqləri” mövzusunda VIII beynəlxalq konfransda iştirak ediblər.

www.science.gov.az saytı yazır ki, konfransın plenar iclasında AMEA-nın müxbir üzvü V.Quliyev "Sinqulyar və kəsr inteqral operatorların kommutatorlarının Orliç fəzalarında Lipschitz funksiyaları ilə xarakteristikası" mövzusunda məruzə edib. Alim, həmçinin konfransın “Funksional analiz və operatorlar nəzəriyyəsi” seksiyasına rəhbərlik edib.

Beynəlxalq tədbirdə AMEA-nın professoru R.Bəndəliyevin "Dəyişən dərəcəli Lebeq fəzalarında Hausdorf operatoru" mövzusunda məruzəsi maraqla qarşılanıb.

Alimlər səfər çərçivəsində Yaponiya, İsrail, Rusiya və digər ölkələrin tanınmış alimləri ilə görüşüb, elmi diskussiyalar aparıblar.

 

                                                       Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında