Türkiyənin nüfuzlu universiteti ilə ATU arasında protokol imzalanıb

Bakıda səfərdə olan Hacəttəpə Universitetinin nümayəndə heyəti ilə ATU rəhbərliyi arasında keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycanın qocaman ali məktəblərindən biri olan Tibb Universitetinin tarixi, fəaliyyəti, buradakı tədris sistemi haqqında ətraflı məlumat verib. G.Gəraybəyli qeyd edib ki, son illər tədris səviyyəsinin yüksəldilməsi üçün universitetdə bir sıra islahatlar həyata keçirilib, iki pilləli tədris sisteminə keçilib. Ölkə başçısının dəstəyilə yaradılan klinikalar nəinki yüksək səviyyəli müalicənin aparılması, həmçinin tələbələrin və rezidentlərin rahat tədrisinə böyük şərait yaradıb. Lakin hələ də bəzi məsələlərdə dəyişikliyə zərurət duyulur.

“Xüsusilə də tədris proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük ehtiyac var. Çünki ATU tələbələri mübadilə proqramları çərçivəsində Türkiyəyə və digər ölkələrə gedirlər. Lakin bu zaman proqramların uyğun olmaması ucbatından narahatlıq yaşanır. Gələcəkdə tədris proqramının tam beynəlxalq standartlara uyğunlaşdırılması tələbə mübadiləsinin genişlənməsinə, tələbələrimizin daha dinamik təhsilinə imkan verəcək”, --deyən professor G.Gəraybəyli universitetdə həyata keçirilən digər islahatlar və qarşıda duran hədəflər, planlar barədə də danışıb.

Hacəttəpə Universitetinin rektoru, professor Haluk Özen bu ali məktəbin Ankaranın tibb fakültəsi əsasında yaradıldığını və ötən əsrin 60-cı illərində tam fərqli bir təhsil sistemi ilə işə başladığını bildirdi. Hazırda 14 fakültədən ibarət olan Hacəttəpə Universitetinin 5 peşə məktəbi, klinikaları, 100-dən çox araşdırma mərkəzi fəaliyyət göstərir. “Həmin vaxt bizim tətbiq etdiyimiz sistem çoxları tərəfindən qəbul edilməsə də, növbəti 20 il ərzində bütün Türkiyə bu sistemə keçdi. Düzdür, bildiklərimiz çoxdur, lakin mükəmməl deyilik, sizdən də öyrəcənəcəklərimiz var. Məsələn, tanış olduğumuz Anatomiya muzeyi bizi çox heyrətləndirdi. Belə muzeyin yaradılması və saxlanması böyük zəhmət tələb edir”. Professor Haluk Özen Azərbaycan Tibb Universiteti ilə tələbə mübadiləsi, tədris proqramının yenilənməsi və digər məsələlərdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov hər il ATU-da türkiyəli mütəxəssislərin iştirakı ilə mühazirələr, təlimlər, beynəlxalq elmi konfransların təşkil olunduğunu bildirib. R.Bəylərov gələcəkdə iki universitetin nümayəndələrinin birgə elmi işlər aparmalarının mümkünlüyünü qeyd edib.

 ATU-nun beynəlxalq işlər üzrə prorektoru Nadir Zeynalov ali məktəblər arasında əməkdaşlığa dair memorandumun əsas istiqamətləri barədə məlumat verib.

 Görüşdə Hacəttəpə Universitetinin professoru Yusuf Bayraktar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ATU rektorunun müşaviri Zülfüqar Musabəyov, ATU-nun tədris şöbəsinin müdiri Samir Cavadov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov, İT şöbəsinin rəhbəri Rəmzi Əliyev iştirak edirdilər.

Sonda universitetlər arasında əməkdaşlığa dair protokollar imzalanıb. Qonaqlara ATU-nun döş nişanı və digər xatirə hədiyyələri təqdim olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında