Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafı

 Azərbaycan Turizm və Menecment Universitetində “Turizm və qonaqpərvərlik” fakültəsinin təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafı” mövzusunda Gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı keçirilib.

ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov bildirib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir və öz gələcəyini düşünən hər bir cəmiyyətdə gənclərə qayğı göstərilir. Təsadüfü deyil ki, cəmiyyət həyatının müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndər Heydər Əliyev çoxşaxəli tərəqqiyə əsaslanmış proseslərdə məhz gənclərin roluna xüsusi önəm verirdi. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur”.

Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri idi. A.Eminov bildirib ki, hələ Sovet hakimiyyəti illərində ümummilli liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaradıb. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilib və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstəriblər. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmaqla bərabər, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  ilə Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda elmi potensiala əsaslanmış fəaliyyətlərini genişləndirirlər.

           Konfransda universitetin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev tədbirin əhəmiyyətindən, ölkəmizdə qeyri-neft sektorunun inkişafına dövlət qayğısından danışıblar. 

Konfransa təqdim olunan məqalələr “Azərbaycanda turizmin inkişaf xüsusiyyətləri”,  “Regionların turizm ehtiyatları”, “Mehmanxana biznesi sferasında göstərilən xidmətlərin müasir standartları”, “Müasir mehmanxana və restoran müəsisələrində təşkilati proseslərin təkmilləşdirilməsi”, “Müasir qida sənayesi müəssisələrində ərzaq təhlükəsizliyi problemləri” adlandırılmaqla fərqli mövzularda 5 bölmə üzrə dinlənilib və müzakirə olunub. Konfransa 4 dildə (Azərbaycan, Türk, Rus və İngilis dillərində) Azərbaycan Turizm və Menecment Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetindən məqalələr təqdim olunub və məruzələr dinlənilib.

Tədbirin sonunda bölmə rəhbərləri məruzələr, mübahisəli mövzular haqqında məlumat veriblər. 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında