Azərbaycanın ən gənc kimyaçı qadın elmlər doktoru

Ali Attestasiya Komissiyası tərəfindən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Dünya Babanlıya kimya üzrə elmlər doktoru diplomu təqdim edilib. Qeyd edək ki, D.Babanlı Azərbaycanda kimya üzrə elmlər doktoru elmi dərəcəsini alan ən gənc kimyaçı qadındır.

www.science.gov.az saytının məlumatına görə, Dünya Məhəmməd qızı Babanlı 6 dekabr 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2003-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2005-ci ildəisə “Fiziki kimya” ixtisası üzrə magistr pilləsini  fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə AMEA Kimya Problemləri İnstitutunun Metalların və ərintilərin elektrokimyası laboratoriyasında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan alim 2007-ci ildə "Tl-TlHal-X (Hal-Cl,Br; X-Se,Te) sistemlərində qarşılıqlı təsirin fiziki-kimyəvi qanunauyğunluqları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. O, 2017-ci ilin sentyabr  ayında “Tallium xalkohalogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki - kimyəvi əsasları”  mövzusunda dissertasiya işini müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini alib.

Gənc alim bütövlükdə 140-a yaxın elmi əsərin müəllifidir. "Google Scholar Citations" informasiya sisteminin məlumatına görə, onun 40-a yaxın elmi əsəri "Elsevier", "Springer" və "Tomson Reuters" beynəlxalq elektron sistemlərinə daxil edilib və onlara 131 istinad olunub.

 

                                  Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında