Şəki Regional Elmi Mərkəzində mühüm məsələlər müzakirə olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) elmi şurasının növbəti iclası keçirilib.  www.science.gov.az saytı yazır ki, tədbiri mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

 

Sonra müəssisənin elmi işlər üzrə direkror müavini, fiologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qəra­rı barədə məlumat verib. O, respublikamızda  mövcud elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, Azərbaycan dilinin qorunması və inkişaf  etdirilməsi, elmin inkişafı üçün vacib olan mühüm tədbirlər həyata keçirilməsi və bir çox başqa məsələlərin qərarda öz əksini tapdığını diqqətə çatdırıb.

ŞREM-in elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli “Azərbaycan Milli Elmər Akademiyasının Beynəlxalq elmi layihələrdə iştirakı haqqında”, AMEA Rəyasət Heyətinin 14 mart  2018-ci il tarixli “III Beynəlxalq Elm Festivalının keçirilməsi haqqında” qərarlarının icra olunması haqqında danışıb.

İclasda gənc tədqiqatçılara qərarların icrası ilə bağlı təlimatlar verilib, onlar üçün yaradılan şəraitdən məqsədəuyğun istifadə etmək tövsiyə olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında