İtaliyalı professor AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məruzə edib

İtaliyanın Kataniya Universitetinin Riyaziyyat və informatika kafedrasının professoru Mariya Alessandra Ragusa AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda olub. Alim institutun Riyazi analiz şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında “Xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar” mövzusunda məruzə ilə çıxış edib.

www.science.gov.az saytı yazır ki, M.A.Ragusa xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar barədə danışıb. Məruzədə başlanğıc verilən Lebeq fəzasından olduqda kvazi-geostrofik tənliyə baxılıb. Həmçinin klassik Morri fəzası ilə Morri-Kampanato fəzası arasında daxilolma teoremləri isbat olunub. Enerji inteqralı dəyişən dərəcəli Morri-Kampanato fəzalarında da araşdırılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında