“British Council” təşkilatının nümayəndələri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələr və onların uğurlu nəticələrindən bəhs edib, iki qurum arasında əməkdaşlığın  yüksək səviyyədə olduğunu vurğulayaraq bu əlaqələrin gələcək inkişaf perspektivlərini diqqətə çatdırıb.

“British Council Azərbaycan”, Təhsil Nazirliyi və turizm-xidmət sektorunun işəgötürənləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd təsərrüfatı sahəsində peşə təhsili üçün yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Nəzərə çatdırılıb ki, turizm və xidmət sektoru üzrə təhsil almış 60 nəfər məzunun əksəriyyəti artıq işlə təmin olunduğundan növbəti tədris ilində layihəyə əlavə olaraq 180 nəfərin cəlb edilməsi planlaşdırılır.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında