Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşviqat tədbiri keçirildi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi “Qəbələ İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində dual peşə təhsil və təlim pilotlarının yaradılması” (EDVET) qrant layihəsinə uyğun olaraq təşviqat tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, inzibati ərazi nümayəndəliklərinin məşğulluq mərkəzinin əməkdaşları, özəl sektor təmsilçiləri və digər maraqlı tərəflər iştirak edib. Maarifləndirmə xarakteri daşıyan tədbiri rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev açıb. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Kestutis Yankauskas, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Azad Məmmədov, peşə təhsili və təlimi üzrə ekspert Şəlalə Kamilova, “Gilan” Aqrotexservisin nümayəndəsi Mustafa Əliyev, “Aqrokompleks” Qəbələ MMC-nin nümayəndəsi Sübhan Dadaşov, ASPİ-AQRO MMC-nin təmsilçisi Tanrıverdi Allahverdiyev çıxış etmişlər.

İ.Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında