Peşə təhsili və təlimi üzrə seminar keçirilib

“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Peşə təhsili və təliminin və bacarıqlarının inkişafının gələcəyi: iqtisadi inkişafın və rəqabətədavamlılığın gücləndirilməsi üçün təcrübələrin paylaşılması” mövzusunda seminar keçirilib.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsi, Avropa Təlim Fondunun Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Marqareta Nikolovska, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, habelə qeyd olunan layihənin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak ediblər.

Seminarda “Azərbaycanda peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsi” və ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına  Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində cari və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət və layihələr, peşə təhsili və təlimi üzrə ən yaxşı Aİ təcrübələri, Naxçıvan MR-də peşə təhsili və təlimi sahəsində görülən işlər barədə iştirakçılara məlumat verilib. 

Tədbirin sonunda iştirakçıların Naxçıvan MR-də yerləşən peşə təhsili müəssisəsinə səfəri təşkil olunub.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında