ATMU dünyanın məşhur universitetləri ilə “İMC Beynəlxalq iş həftəsi”ndə

Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının baş müəllimi, Avstriyanın Krems İMC Tədbiqi Elmlər Universitetinin fəxri professoru Nailə Musayeva  Avstriyanın Dublin şəhərində keçirilən «IMC Beynəlxalq iş həftəsi” tədbirində iştirak edib.

Qeyd edək ki, N. Musayeva “IMC Beynəlxalq iş həftəsi”çərçivəsində ATMU ilə tərəfdaş ali təhsil müəssisəsi -- IMC Krems Tədbiqi Elmlər Universitetinin magistrantlarına müvafiq fənlərdən dərs və məşğələ saatları keçib. Tədbirin keçirildiyi günlərdə müxtəlif ölkə universitetlərinin nüfuzlu professor və müəllimləri ilə fikir mübadiləsi aparıb, təlim və ustad dərslərində iştirak edib.

Qeyd etmək lazımdır ki, ATMU-da baş müəllim "Töhfə və Məsuliyyət" adlı IMC İdarəetmə Dialoqu, eləcədə müxtəlif sahələrə dair tədqiqat nəticələrinə həsr olunan "Töhfə və Məsuliyyət" IMC Buznes Simpoziumuna da qatılb. N.Musayevanın bildirdiyinə görə"Töhfə və Məsuliyyət" adlı IMC İdarəetmə Dialoqunun gündəliyinə daxil edilən  “İş yerində etika”, ” Davamlılıq”, “ Ətraf mühit məsələləri”, “Turizm, istehsal və xidmətlər kimi sənaye sahələrinin davamlı inkişafı”, “Marketinq və kommunikasiyalarda etika”,  “Logistika və nəqliyyatda davamlılıq məsələləri”, “liderlik və idarəetmə” adlı praktik mövzuların hərtərəfli  müzakirəsi zamanı iştirakçılar şəxsi təcrübələrini də bölüşüblər. Ən fəal iştirakçılara sertifikatlar verilib.

Tədbirdə ABŞ, İspaniya, Kanada və Meksikanın məşhur universitetlərinin professor-müəllim heyəti iştirak edib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında