SABAH qrupunun tələbələri ilə görüş

SABAH qruplarının 4-cü kurs tələbələrinin Vergilər Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib.

Görüşün məqsədi Vergilər Nazirliyi və onun tabeli struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda tələbələrə məlumat verməkdir. Görüş Təhsil və Vergilər nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.

Memorandum vergilər sahəsində gənc və peşəkar kadrların yetişdirilməsini, ali təhsil müəssisələri ilə birgə vergi və vergitutma sahələri üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) mütəmadi dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və digər nazirliklərarası əməkdaşlıq məsələlərini nəzərdə tutur.  

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında