ADU-da Çin dili günü qeyd olunub

Azərbaycan Dillər Universitetində (ADU) Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin təşəbbüsü ilə BMT-nin rəsmi dillərini təbliğ etmək məqsədi ilə 2010-cu ildə təsis edilən “Çin dili günü”nə həsr olunmuş açıq dərs keçirilib.

Bu barədə  ADU-dan  məlumat  vermişlər.

Tədbirdə Çin dilində dərslik və lüğətlər, həmçinin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin gördüyü işlər haqqında çin dilində yazılmış kitabların sərgisi keçirilib.

ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov əsası ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulmuş Çin ilə Azərbaycan arasında təhsil sahəsində sürətlə genişlənən əməkdaşlıqdan söz açıb. Azərbaycan gənclərinin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R.Abbasov Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirildiyini vurğulayıb.

Konfutsi İnstitutunun müəllimi Çen Siaocen Çin dilinin tarixi, ADU-da Çin dilinin tədrisinin metodik xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında