Ulu öndərin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)  Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli - mənəvi dəyərlər: ənənə və müasirlik” adlı beynəlxalq elmi konfrans keçirib. Konfransda ölkəmizin ali təhsil müəssisələrindən, AMEA-nın Tarix və Fəlsəfə institutlarından nümayəndələr, eyni zamanda, Türkiyə, Çin və Rusiyadan qonaqlar iştirak ediblər. 

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin Fəxri xiyabanda məzarını ziyarət edib, heykəli önünə əklil qoyublar. Konfrans AzMİU-nun akt zalında davam etdirilib. Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq tədbir iştirakçılarını, qonaqları salamlayıb. Geniş və əhatəli çıxışında rektor ulu öndərin həyat yoluna nəzər salıb, onun uğurlu siyasətindən, dövlətçiliyimizin, ölkəmizin inkişafında göstərdiyi xidmətlərdən danışıb.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxışında ümummilli liderin gördüyü işlərdən, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi layihələrdən bəhs edib. 

Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Y.Qraçovanın “Heydər Əliyev şəxsiyyəti: xatirələr” məruzəsi də maraqla qarşılanıb. Təmsil etdiyi təhsil ocağının rəhbərliyinin ulu öndərlə dostluq münasibətlərindən danışan qonaq müəyyən bir dönəmdə universitetin bağlanma təhlükəsi yarananda Heydər Əliyevin onlara dəstək olduğunu böyük minnətdarlıq hissi ilə yada salıb. Y.Qraçova Heydər Əliyevin Moskva Dövlət Hüquq Universitetinin fəxri professoru olduğunu vurğulayıb və  ulu öndərin də fotolarının yer aldığı xatirə kitabını AzMİU-nun rektoruna təqdim edib. 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” adlı məruzə ilə çıxış edib. C.Bəhrəmov çıxışının yekununda Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş  ikicildlik monoqrafiyanı universitetin kitabxanasına hədiyyə edib.

Plenar iclasda, həmçinin Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və AzMİU-nun ictimai fənlər kafedrasının müdiri, dosent Könül Əliyeva çıxış ediblər.

Sonra konfrans ayrı-ayrı bölmələrdə davam etdirilib. Onu da qeyd edək ki, konfrans 2 gün davam edəcək.  

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında