FAO-nun təşkilatçılığı ilə təlim kursu

Gəncə şəhərində  Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı” çərçivəsində təlim  kursu öz işinə başlayıb.

Təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları, eləcə də ADAU-nin professor, müəllim və tələbə heyəti, o cümlədən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşları iştirak edir.

Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem (MTAS) də daxil olmaqla, çəyirtkəkimilərin monitorinqi və məlumatların idarə edilməsi üzrə təlim FAO-nun beynəlxalq məsləhətçiləri – ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçıninski və coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova  tərəfindən aparılacaqdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov tədbirin  əhəmiyyətindən danışıb və bu sahədə qarşıda duran problemlərin həlli yolları müzakirə edilib. Sonra Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov çıxışında cəyirtkəkimilərlə mübarizədə dövlət xidmətinin gördüyü işlər, pestisidlərin tətbiqi zamanı istifadə olunan müasir tipli ultrakiçik həcmli çiləyici aqreqatlar, eyni zamanda  bitki mühafizəsi sahəsində  görüləcək işlər barədə  məlumat verib.

Qeyd edək ki, cari ilin may ayının 5-7-də Bakı şəhərində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə Qafqaz və Mərkəzi Asiya üzrə çəyirtkəkimilərin idarə edilməsinin təfsilatlı təqdimatı (QMAÇİE) üzrə təlim təşkil olunacaq.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında