"Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər" kitabı çap olunub

Əlyazmaşünas alim, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənin müəllifi olduğu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə işıq üzü görüb.

 

Kitabın elmi redaktorları - akademik Vasim Məmmədəliyev, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə, rəyçiləri - filologiya üzrə elmlər doktoru Kamandar Şərifov və fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynovdur.

Nəşrdə İslam dünyasının fəlsəfi fikrini, ideologiyasını, estetik zövqünü və mədəniyyətini özündə əks etdirən əlyazmaçılığın bədii tərtibatla bağlı sahələri araşdırılıb. Əsər "İslam kalliqrafiyası", "Təzhib sənəti", "Əlyazmalarda miniatür rəsmlər", "Cildçilik" və "Əbru" fəsillərini əhatə edir.

Əlyazmaların tarixşünaslıq, mənbəşünaslıq, sənətşünaslıq, həmçinin dinin tarixi və fəlsəfəsi müstəvisində tədqiq olunması Azərbaycan əlyazmaçılığının İslam tarixində və müsəlman fəlsəfi fikrinin formalaşmasındakı rolunu təsbit edəcək.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                    

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında