Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin professoru Ekologiya və torpaqşünasliq fakültəsinin tələbələri üçün mühazirə oxuyub

BDU –nun Mətbuat və informasiya şöbəsindən aldığımız məlumata görə, Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyətinin Misir Ərəb Respublikasının Ayn Şəms Universitetinin Ətraf Mühit Araşdırmaları İnstitutunun direktoru, Ətraf mühit elmləri fakültəsinin dekanı professor Haşem Elkassas ilə görüş keçirilib. Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov qonağı iştirakçılara təqdim edib. Bildirib ki, rektor, akademik Abel Məhərrəmovun dəvəti ilə universitetə gələn professor Haşem Elkassas universitetin Quba Tədris-təcrübə və İstirahət Mərkəzində çöl-tədris təcrübəsi keçən ekoloq-tələbələrə mühazirələr oxuyub.

Qonaq öz növbəsində, BDU-da olmasından məmnunluğunu ifadə edib, apardığı elmi-tədqiqat işləri barədə məlumat verib. Daha sonra professor Haşem Elkassas “Qlobal ekoloji problemlər” mövzusunda mühazirə oxuyub, iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında