İspaniyada “Beynəlxalq həftə” adlı tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa  Avropa Birliyinin Erasmus+ KA 107 beynəlxalq təhsil layihəsi çərçivəsində İspaniya Krallığının Valladolid Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq həftə” tədbirinin  iştirakçısı olub.

Universitetin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ATMU 2017-ci ilin avqust ayından adıkeçən ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Beynəlxalq tədbirin təşkilində başlıca məqsəd eyni zamanda məlum layihə çərçivəsində gələcək əməkdaşlıq imkanlarının konturlarını yenidən müzakirə edib, formalaşdırmaqdan ibarət idi.

Məlumatda bildirilir ki, dünyanın 23-dən çox ölkəsini təmsil edən 40–a yaxın ali təhsil müəssisəsi tədbirə iştirakçı statusunda qatılıb. Bir həftə boyunca təşkil edilən tədbirdə ilk öncə Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən məsələlər müzakirə edilib. Müxtəlif iştirakçı universitetlərin qarşılaşdıqları problemlər diqqət mərkəzində saxlanılıb. Elanların verilmə vaxtları, müsahibələrin təşkili qaydaları və nəticələrin açıqlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qeyd etmək lazımdır ki, 2018--2019–cu tədris ili ərzində ATMU-nun doktorantlarından 3 nəfər, magistrantlarından 3 nəfər və Biznes idarəçiliyi fakultəsinin bakalavr pilləsində müvafiq ixtisasa yiyələnən tələbələrdən daha 1 nəfər Avropa Birliyinin Erasmus+KA107 beynəlxalq təhsi proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində bir semester təhsil alma imkanına malikdir.

“Beynəlxalq həftə” çərçivəsində şəhər – gəzinti turları, Valladolid universitetinin Valladolid, Palensiya və Seqoviya şəhərlərindəki kampuslara səfər təşkil edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında