BSU-da "Kitabi-Dədə Qorqud" dastanlarına həsr olunmuş tədbir keçirildi

Bakı Slavyan Universitetində universitetin "Elmi əsərləri"nin Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) ilə birgə hazırladığı xüsusi buraxılışının təqdimat mərasimi keçirildi. BSU ilə Almaniyanın Yohannes Quttenberq Universitei Mayns və Osvald fon Volkenşteyn Cəmiyyəti arasında 2008-ci ildən başlayaraq "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə": Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 10 illik layihə həyata keçirilir.
Bu xüsusi buraxılış isə filoloji aləmdə yaxşı tanınan alman şərqşünası, türkoloqu və diplomatı Hainrix F. fon Ditsin adı ilə bağlıdır. 1815-ci ildə Dits qədim oğuz dastanı "Kitabi-Dədə Qorqud"un əlyazmasını ilk dəfə üzə çıxardı. Bu, Avropa oxucusunun "Kitabi-Dədə Qorqud" dastanları ilə ilk tanışlığı idi. O vaxtdan fon Ditsin adı nəinki alman türkoloji məktəbinin, həm də Azərbaycan filologiyasının unudulmaz adlarından birinə çevrilmişdir. 5 ildən sonra bu möhtəşəm filoloji hadisənin 200 ili tamam olur.
Bir çox nüfuzlu şəxslərin, alim və tədqiqatçıların, o cümlədən Azərbaycan milli futbol yığmasının baş məşqçisi Berti Foqtsun da qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi professor Kamal Abdulla qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən, Osvald fon Volkenşteyn Cəmiyyətinin rəhbəri professor Ziqlinde Hartman layihə haqqında ətraflı danışdılar. Tədbirə qatılan Azərbaycan milli futbol yığmasının baş məşqçisi, dünya çempionu Berti Foqts çıxış edərək bildirdi ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər yalnız siyasi, iqtisadi və idman sahəsində deyil, eyni zamanda mədəni sahədə də yüksək inkişaf etməkdədir. Tədbirdə millət vəkili Asim Mollazadə, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli, Telman Kazımov, Münhendəki Helmholts adına elmi mərkəzin şöbə müdiri, Ştutqart Universitetinin professoru Maqsud Əfəndiyev, Azərbaycan İctimai Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, BSU-nun professorları İlyas Həmidov, Məmməd Kocayev və digərləri çıxış edərək elmi əsərlərin xüsusi buraxılışının əhəmiyyətini vurğuladılar və bu nəşri iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafında güclü təkan kimi qiymətləndirdilər.
Təqdimat mərasiminin sonunda BSU-nun rektoru, professor Kamal Abdulla Azərbaycan şairi Mirzə Şəfi Vazeh və alman şair-tərcüməçisi Bodenştedt yaradıcılığının birgə öyrənilməsi ilə bağlı təşəbbüs irəli sürdü.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında