BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzalayıb

Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BANM-dan aldığımız məlumata görə, görüş zamanı rektor Elmar Qasımov BANM-ın fəaliyyəti, təlim-tədris proqramları, son uğurları və yenilikləri haqqında qonaqlara məlumat verib. Elmar Qasımov Qazaxıstan-Britaniya Texniki Universitetilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində, konfranslarda, birgə akademik proqramlarda, təlimlərdə iştirak, tədqiqatçıların və tələbələrin mübadiləsi kimi məsələlər müzakirə olunaraq razılıq əldə olunub.

Daha sonra BANM-ın rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev əməkdaşlıq haqqında razılığa dair Anlaşma Memorandumunu imzalayıblar.

Qonaqlar Ali Məktəbin rəhbərliyinə təşəkkür edib və əməkdaşlığın uğurlu olacağına əmin olduqlarını bildiriblər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında