Azərbaycan Tibb Universitetindən tələbələrə yardım

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin dəstəklənməsi dövlət üçün prioritet məsələlərdən biridir. Azərbaycan Tibb Universiteti bu dövlət siyasətinin tərkib hissəsi olaraq valideyn dəstəyindən məhrum olan tələbələrinə yardım göstərir, onlara ikiqat təqaüd verilməsini təmin edir.

“Təhsil haqqında” Qanuna əsasən, 18 yaşına qədər valideyn himayəsindən məhrum olan uşaqlar 23 yaşına qədər bir çox imtiyazlardan yararlana bilirlər. Azərbaycan Tibb Universiteti isə 18 yaşından sonra valideyn himayəsindən məhrum olan tələbələri (23 yaşınadək) dəstəkləyir. ATU-nun rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunmuş və müvafiq əmrlə  18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə  təhsil aldıqları müddətdə – 23 yaşadək onlara  orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınmışdır.

Bu humanist addımın məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir.  18 yaşından sonra valideyn dəstəyindən məhrum olan tələbələrə Təqaüd Fondu hesabına əlavə yardım olunur. Bu qərar artıq 2017--2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.

Qeyd edək ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. Artıq ATU-nun onlarca tələbəsi bu imkandan yararlanıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında