“Universitetlərin inkişafı strateji məsələdir…”

Bu sözləri Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ali təhsildə keyfiyyətin yaradılmasına, idarə edilməsinə və proqnozlaşdırılmasına, eləcə də keyfiyyətin qorunub saxlanmasında vacib amillərdən olan əmək şəraitinin yaxşılaşmasına yönəldilməsi məqsədilə məqsədilə söyləmişdir.

İclasda prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, həmçinin tədrisin keyfiyyətinə nəzarət və universitetdaxili nizam-intizamın təşkilinə məsul komissiyaların üzvləri iştirak ediblər.

Rektor deyib ki, hər bir ölkənin tərəqqisi ilk növbədə elmin və təhsilin uğurlu inkişafından asılıdır. Təhsilin cəmiyyət və xalq üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.»

Yüksək təhsilli insanlar siyasi həyatda doğru mövqe seçir, daha konstruktiv olur, mövcud problemləri və yaranmış münaqişələrdən vaxtında, həm də düzgün baş çıxara bilirlər. Təhsilsiz və ya aşağı təhsilli insanlar isə vətəndaş kimi mövqelərini lazımi səviyyədə dərk etmədikləri üçün asanlıqla istər dövlət, istərsə də cəmiyyət üçün təhlükə törədən fərdi qrup və birlik maraqlarının alətinə çevrilə bilirlər. Elə xaricdə yaşayan bəzi dar düşüncəli, kimlərinsə əlində alətə çevrilmiş, özünü vətənpərvər kimi qələmə verməyə çalışan bəzi cılızlar bu gün onu deməyə əsas verir ki, təhsilə elə belə yanaşmaq olmaz. O strateji və uzaqgörən bir hədəfdir. İstənilən cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. Bütün ölkələrdə istər siyasi hakimiyyətin, istərsə də cəmiyyətin elitası və avanqardı universitetlərdə formalaşır. Müasir dövrümüzdə universitetlərin cəmiyyət və dövlət qarşısında məsuliyyət və öhdəlikləri ölkənin inkişaf səviyyəsinə, dövrün elmi-texniki tərəqqisinə, qloballaşan dünyanın təbiətinə və tendensiyalarına uyğun olaraq artır. Bir sözlə, universitetlər ölkənin gələcək inkişafının təməl prinsiplərini hazırlayan elmi-tədqiqat və təhsil müəssisələridir. Bu səbəbdəndir ki, bir çox ölkələr universitetlərin inkişafına starteji məsələ kimi baxırlar. Qloballaşma prosesləri və bu fonda ölkələrin inkişafında universitetlərin rolu qlobal rəqabətə davamlılığı və inkişafı təmin edən, yeni tip universitetlərin yaradılmasını zəruri edir. Bu baxımdan hazırda bizim də qarşımızda böyük vəzifələr dayanır.

Son illər Gəncə Dövlət Universitetinin elmdə və təhsildə böyük uğurlar əldə etdiyini qeyd edən rektor Yusif Yusibov bildirib ki, indi əsas məsələ qazanılmış müsbət nəticələri inkişaf etdirmək və daha yeni nailiyyətlər qazanmaqdır.

İclasda ayrı-ayrı komissiya üzvlərinin məruzə və təklifləri dinlənilib.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında