Akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru adı verilib

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib. www.science.gov.az saytı yazır ki, universitetin rektoru, professor Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəni Azərbaycanın görkəmli elm xadimi, ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan təşkilatçı, ensiklopedik təfəkkürə malik olan şəxsiyyət kimi səciyyələndirib.

Sonra çıxış edən Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib.

ADNSU-nun professoru, akademik Pərviz Məmmədov, ADNSU-nun nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova çıxış edərək A.Əlizadənin Azərbaycan elminə verdiyi töhfədən danışıb, onun rəhbərliyi ilə onlarla alimin yetişdiyini qeyd ediblər.

Akademik Akif Əlizadə çıxış edərək ADNSU-da təhsil aldığı illəri xatırlayaraq universitet müəllimlərinin onun üzərində böyük əməyi olduğunu deyib. Akademik haqqında səslənən xoş sözlərə görə təşəkkürünü bildirib.

Sonra M.Babanlı A.Əlizadəyə ADNSU-nun fəxri professor diplomunu təqdim edib. Həmçinin rektor tələbələrə akademik Akif Əlizadə adına təqaüdün veriləcəyinin də nəzərdə tutulduğunu deyib.

Əlipənah Bayramov,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında