AMEA-nın alimləri Avropada elmi tədqiqat apara biləcəklər

Milli.Az-dan aldığımız məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib. Müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən alimlər namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubunu, AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarını (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə), Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubunu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə - yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə), namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surətini, tərcümeyi-halını (CV), elmi əsərlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidilər.

Sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi qəbul edir.

 

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında