AMEA-da ABŞ-ın Voterlo Universitetinin dekanı ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində ABŞ-ın Voterlo Universitetinin riyaziyyat fakültəsinin dekanı, professor Stefan Vatt və həmin fakültənin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor İlham Axundov ilə görüş keçirilib.

 

www.science.gov.az saytıyazır ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi və qurumun Azərbaycan elminin inkişafında rolu haqqında məlumat verib.  Hazırda akademiyada neft, neft-kimya, Yer elmləri kimi prioritet istiqamətlərdə tətqiqatlar aparılır.

Sonra çıxış edən professor Stefan Vatt təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verib. 60 ildən çoxdur ki, fəaliyyət göstərən universitetdə müxtəlif elm sahələri üzrə təhsilin həyata keçirildiyini, burada təcrübə əsaslı tədrisə önəm verildiyini qeyd edib. S.Vattın sözlərinə görə, Voterlo Universitetində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırlar. O, həmçinin təmsil etdiyi ali məktəbə qəbul qaydaları, qarşıya qoylan tələblər və şərtlər barədə danışıb.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək beynəlxalq olimpiadalarda qızıl medallar qazanmış 56 azərbaycanlı tələbənin Vaterlo Universitetində təhsil aldığını bildirib. Alim Voterlo Universitetində aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirərək AMEA ilə bu təhsil ocağı arasında kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulanıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında