“İnnovasiya və təşəbbüskarlıq” mövzusunda seminar keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) və Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin təşkilatçılığı ilə akademiyada magistratura təhsili alan tələbələr üçün “İnnovasiya və təşəbbüskarlıq” mövzusunda seminar keçirilib www.science.gov.az saytı yazır ki, magistratura şöbəsinin müdiri Fikrət Feyziyev çıxış edərək bu gündən start verilən belə tədbirlərin növbəti aylarda da davam etdiriləcəyini diqqətə çatdırıb.

 

Sonra YT Parkın Biznes İnkubasiya Mərkəzinin müdiri Vüsal Süleymanlı çıxış edərək təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, mərkəz gənclərin məşğulluğunun artırılması və onların sahibkarlıq ideyalarının dəstəklənməsi məqsədilə fəaliyyət göstərir. O, innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandaların mərkəzə cəlb olunduğunu söyləyib. O, daha sonra “İnnovasiya və təşəbbüskarlıq” mövzusunda məruzəsini təqdim edib.

Təşəbbüskar düşüncə tərzinin inkişaf etdirilməsi mövzusunu əhatə edən seminarda iştirakçıların YT Parkın Biznes İnkubasiya Mərkəzindən faydalanması üçün çağırış edilib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında