Zahirəddin Məhəmməd Baburun 535 illik yubileyi qeyd olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə böyük özbək mütəfəkkiri, görkəmli dövlət xadimi, ensiklopedik alim və şair Zahirəddin Məhəmməd Baburun anadan olmasının 535 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən və müasir inkişaf səviyyəsindən, o cümlədən M.Baburun görkəmli dövlət xadimi kimi ictimai fəaliyyətindən və bədii irsindən danışıb. Bildirib ki, Şah İsmayıl Xətai və Məhəmməd Babur Şərqdə böyük dövlətçilik ənənəsinin mövcud olduğunu isbat edən qüdrətli şəxsiyyətlər olublar.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev isə çıxışında Məhəmməd Baburun zəngin yaradıcılığının bu gün qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı üçün mükəmməl zəmin formalaşdırdığını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Komitəsinin sədri, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri Eldar İbrahimov və Hindistan Respublikasının Azərbaycandakı səfiri Sanjay Rana Məhəmməd Baburun zəngin dövlətçilik fəaliyyəti və şair kimi yaradıcılığından danışıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında