Asiya İnkişaf Bankının (AİB) araşdırma missiyası üzvləri ilə görüş keçirilib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası üzvləri ilə görüş keçirilib. Görüşdə 2016-cı ildə qəbul olunmuş Strateji Yol xəritələrində Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üzrə maneələrin müəyyən olunması istiqamətində həyata keçirilən diaqnostik tədqiqatın ilkin nəticələri müzakirə edilib.

Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkədə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verib, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Görüş zamanı AİB-in ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası ölkə iqtisadiyyatının diaqnostik tədqiqat layihəsi, ilkin nəticələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ölkə üzrə diaqostik tədqiqatlar 2019- 2023-cü illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması üçün mühüm məlumatları əks etdirəcək.

Daha sonra ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələrinə dair fikir mübadiləsi aparılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında