İtaliyanın Azərbaycandakı səfiri AMEA-nın kitabxanasında

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, İtaliyanın “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniello və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barletta AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olublar. Onlar kitabxananın yardımçı fondlarını və oxu zallarını gəzərək Nadir kitab fondunda saxlanılan nüsxələrə baxıblar.

www.science.gov.az saytı yazır ki, səfir Auqusto Massari 20-yə yaxın ölkənin diplomatik nümayəndəliyinin təmsil olunduğu kitabxananın Diplomatik fondunda İtaliyaya aid guşənin yaradılması üçün tələb olunan vəsaitlərin ən qısa zamanda  təqdim ediləcəyini bildirib.

Qonaqlar daha sonra “Heydər Əliyev - 95”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İlham Əliyev”, “Xocalı soyqırımı” və “31 Mart soyqırımı” mövzusunda nümayiş etdirilən sərgilərlə tanış olublar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

 

 

 

 

 


             

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında