Tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Aliquliyevin “Tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün yeni indikatorlar”  məqaləsi nüfuzlu “Annals of Library and Information Studies” jurnalında dərc olunub.

 

Məqalədə bibliometrik göstəricilərdən (nəşrlərin və istinadların sayı) istifadə edərək İKT üzrə aparılan əsas tədiqiat sahələrinin dəyişilmə dinamikalarının qiymətləndirilməsi üçün diferensial metrikalar təklif olunmuşdur. Məqalədə məlum indikatorlardan əlavə daha iki növ inteqrasiya edilmiş diferensial indikator təklif olunmşdur. Bu indikatorlar bibliometrik göstəricilərin dinamik dəyişmələrini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir ki, bu da öz növbəsində, tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir.

www.science.gov.az saytı yazır ki, mövcud olan indikatorlar bu və ya digər tədqiqat sahəsinin perspektivliyini tam şəkildə qiymətləndirməyə imkan vermir. Makro səviyyədə elmin inkişaf vektorlarını müəyyən edərkən yalnız elmmetrik yanaşmalar kifayət etmir və ekspert rəylərinə ehtiyac duyulur. Məqalədə təqdim olunmuş indikatorlar isə ekspert qərarlarının dəstəklənməsi üçün istifadə oluna bilər. Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Annals of Library and Information Studies” jurnalı Web of Science (Clarivate Analytics), Scopus (Elsevier) və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                    

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında