“Virtual Azərbaycan Turizm və Menecment Universiteti--Onbranch” layihəsi təqdim edilib

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – ATMU əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin davamı kimi Azərbaycan Turizm və Menecment Universitetində, “universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilib.

Tədbirdə ATMU-nun prorektoru Anar Eminov bildirib ki, “Virtual Azərbaycan Turizm və Menecment Universiteti--Onbranch” layihəsi ATMU ilə Onbranch şirkətinin birgə layihəsidir. Bu layihə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilir və ali təhsil ocaqlarından pilot layihə olaraq ATMU seçilib. Startap kimi fəaliyyətə başlayan Onbranch şirkəti artıq müstəqil şirkət olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılması fəaliyyətini icra edir. Layihə ABŞ-da, İngiltərədə, Türkiyədə və Gürcüstanda fəaliyyət göstərir.

Marketinq kafedrasının müəllimi Uğur Babayev, BBF direktoru Rəşad Məmmədov və Onbranch layihəsinin təsisçisi Elçin Əskərov layihənin mahiyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Onbranch mobil əlavəsini yükləyən tələbə və müəllim heyəti ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçərək universitetin internet radiusu məkanına daxil olur. Həmin andan aktiv olan ATMU--Onbranch proqramı tələbə və müəllim heyyətinə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbərdar olmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür. Bundan başqa Onbranch, tələbə və müəllim heyətinin asudə vaxtlarını daimi keçirdikləri məkanlarda – kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr, teatr, kitabxanalarda xüsusi endirim qazanmaları üçün də şərait yaradır. Bu endirimləri ATMU--Onbranch-ın hər bir üzvü əldə etmiş olur.

ATMU-nun Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev Qafqazda ilk dəfə Gürcüstan ali məktəblərinin kampuslarında tətbiq edilmiş proqramın Azərbaycanda ilk olaraq ATMU-da tətbiq edildiyini və bu layihəni dövlət başçımızın müəyyənləşdirdiyi Strateji Yol Xəritəsində yer alan virtual təhsil proqramına dəstəyin bir nümunəsi kimi qiymətləndiriləcəyini vurğulayıb.

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında