Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzi yaradılacaq

faktxeber.com saytdan aldığımız məlumata  görə, Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzinin yaradılması imkanları nəzərdən keçiriləcək.

Bu barədə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycanın ali məktəblərinin rektorları arasında Bakıda keçirilmiş görüşdə müzakirə aparılıb.

Görüşdə Gürcüstan və Azərbaycan universitetləri arasında işçi qrupun yaradılmasına dair razılıq əldə olunub. İşçi qrup iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Qrupa Gürcüstan tərəfindən Qafqaz Universitetinin prezidenti Kaxa Şengeliya başçılıq edəcək.

İşçi qrupunun ilk görüşünün yaxın vaxtlarda Gürcüstanda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu il Tbilisidə Avropanın bir sıra ali məktəbində gürcüşünaslıq mərkəzlərinin yaradılması barədə memorandumlar imzalanıb.

İ.Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında