Neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin aparılmasında geoloji risklərə dair seminar keçirilib

science.gov.az saytında verilən məlumata görə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açaraq gündəlikdəki məsələlər barədə iştirakçıları məlumatlandırıb. O, SOCAR-ın əməkdaşı, GGİ-nin doktorantı, f.r.ü.f.d. Elçin Bağırovun seminarda məruzə ilə çıxış edəcəyini bildirib.

E.Bağırov “Neft və qaz yataqlarının axtarış-kəşfiyyat işlərinin aparılmasında geoloji risklərin hövzə analizi əsasında qiymətləndirilməsi” mövzusunda məruzəsini təqdim edib. Alim xəritə və diaqramlar əsasında bildirib ki, geoloji risklərin öyrənilməsi və qiymətləndirilməsi müxtəlif səviyyələrdə və üç mərhələdə aparılır: "Bu iş hövzənin tektonik inkişaf tarixi, regional profillərin qurulması, xronostratiqrafik sxemlərin qurulması və meqatsikllərin ayrılması, çöküntütoplama şəraiti xəritələrinin qurulması və digər məsələləri əhatə edir".

 

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında