“Kimyanın davamlı inkişafda rolu” mövzusunda seminar keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Kimyanın davamlı inkişafda rolu” mövzusunda Azərbaycan-İtaliya beynəlxalq elmi seminarı keçirilib.   www.science.gov.az saytının məlumatına görə, tədbir AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsiM.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ) və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Seminarı akademiyanın vitse-prezidenti, KQKİ-nin direktoru, akademik Dilqəm Tağıyev açaraq tədbirin AMEA və İtaliyanın müvafiq elmi müəssisələri arasında kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmli olduğunu bildirib. O, seminarın əlamətdar zamanda baş tutduğunu və hazırda bütün dünyada İtaliya Tədqiqatlar Gününün qeyd edildiyini söyləyib. D.Tağıyev bu gün iki ölkənin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Akademik son illərdə iki ölkə arasında elmi əlaqələrin də gücləndiyini, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kimya sahəsində inkişaf etdirilməsinin önəmini vurğulayıb. Səfir hazırda AMEA ilə İtaliyanın elmi müəssisələri arasında 5 istiqamətdə birgə elmi tədqiqat işlərinin aparılması barədə Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinə yeni təklif verdiklərini diqqətə çatdırıb.

Daha sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Nizami Zeynalov məruzələrlə çıxış ediblər.

Tədbirin davamında İtaliyanın “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniellonun “İnkişafın davamlılığının və tərəqqinin təmin olunmasında kimya və kimya mühəndisliyinin rolu nədir?” və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barlettanın “Bioplastik materialların təkmilləşdirilməsi və onların emalı” mövzularında məruzələri dinlənilib.

                                           Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında