ADNSU Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransına ev sahibliyi edəcək

asoiu.edu.az saytından aldığımız xəbərə görə, Azərbaycan Dövlət Neft və Sənaye Unuiversiteti Bakıda 19-20 aprel tarixində keçiriləcək Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) konfransına ev sahibliyi edəcəkdir. “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransda iştirak üçün 20-dək ölkədən, o cümlədən Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar artıq aprelin 17-dən etibarən Azərbaycana gəlməyə başlayıblar.

Aprelin 19-da qonaqlar Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra konfrans işinə başlayacaq. ADNSU-nun rektoru, professor Mustafa Babanlının açılış nitqindən sonra konfrans iştirakçıları qarşısında salamlama nitqi ilə UPBA-nın prezidenti Kaxa Şengeliya, Azərbaycan Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli çıxış edəcəklər.

İki gün davam edən konfransda aşağıdakı mövzular üzrə müzakirələr aparılacaq:

-Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi;

-Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı;
-Ali təhsildə bərabərlik: təkliflər və imkanlar.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Lui Paster Universitetinin (Fransa) prorektoru, professor Filip Turek, Lihay Universitetinin (Pensilvaniya ştatı, ABŞ) dosenti, professor Cill Sperandio, BP Azerbaijan şirkətinin xarici əlaqələr və strategiya üzrə vitze-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə, “Microsoft Azerbaijan” şirkətinin təhsil üzrə layihə rəhbəri Emin Axundov, “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru, Dr. Sevinc Əmirova Məmmədova, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo və başqaları çıxış edəcəklər.

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir.

Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir. 

 

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında