“Heydər Əliyev lektoriyаsı”nın 78-ci məşğələsi “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusuna həsr olunur

www.science.gov.az saytından verilən xəbərə görə, AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyаsı”nda müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və çоxşaxəli siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzularda tədbirlər keçirilir.

Lektoriyanın növbəti, sayca 78-ci məşğələsi “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusuna həsr olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə daim xüsusi önəm verdiyini, onun təbii və ilkin toxunulmazlığını qorumağı  vacib saydığını söyləyib. Bildirib ki, dahi liderin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə yönəldilib.

İ.Hacıyev vurğulayıb ki, ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar  yeni şəraitə uyğun  milli proqramlar hazırlanır. Dövlət başçısının imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir.

Lektoriyada “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda məruzə ilə çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illərdə ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı olub.  Dahi liderin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan təbiətinin müdafiəsi, onun bərpası və zənginləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib.

Akademik T.Talıbov Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, flora və faunası, mühafizə olunan təbiət əraziləri barədə də məlumat verib. O, rəhbərlik etdiyi institutda təbiətin əsrarəngiz zənginliyinin öyrənilməsi, onun mühafizəsinə dair tədqiqatların aparıldığını diqqətə çatdırıb.

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında