BDU və Milli Nüvə Tədqiqatları Mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun NICA megaproyektinə qoşulub

BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirirlər ki, Bakı Dövlət Universiteti, Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ-nin NICA (Nuclotron-based Ion Collider faсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, layihənin qarşısında duran fiziki problemləri müzakirə etməkdir. Tədbirə dünyanın müxtəlif nüvə tədqiqatları mərkəzlərindən 200-dən çox alim qatılıb. NICA layihəsinə qoşulmuş BDU və MNTM yerinə yetiriləcək MPD detektor sistemində fiziki proseslərin simulyasiyası, eləcə də hazırda fəaliyyət göstərən BM@N təcrübəsində iştirak edəcək. Hadisə generatorları ilə simulyasiya edilmiş, eləcə də müxtəlif ölçülü nüvələrin toqquşmasından alınmış nəticələrin emalı yerinə yetiriləcək. Xüsusilə, zamanı proyeksiya edən detektorlarda zərrəciklərin innovativ üsullarla ayırd edilməsi BDU və MNTM əməkdaşları tərəfindən işlənib hazırlanacaq, ilk növbədə, zərrəciklərin spektrləri, onların yaranma en kəsikləri ölçüləcək və indiyə kimi yerinə yetirilmiş oxşar ölçmələrlə sistematik şəkildə müqayisə ediləcək. İkinci addımda zərrəciklərin sayı paylanılacaq, onların toqquşmadan-toqquşmaya saylarının dəyişməsi öyrəniləcək, paralel olaraq statistik mexanikadan və dinamik modellərdən əldə edilmiş nəzəri nəticələrlə müqayisələr yerinə yetiriləcək. Bu məqsədlə informasiya texnologiyaları və statistik riyaziyyatın müasir üsullarından istifadə ediləcək.

Qeyd edək ki, NICA kompleksindən başqa oxşar tədqiqatlar CERN-in Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanıb.

 

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında