Samuxun ucqar Burunqovaq kəndində yeni modul tipli məktəb binasının açılışı olub

Samuxun Burunqovaq kənd ümumi orta məktəbi üçün yeni modul tipli məktəb binasının istifadəyə verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək ölkə rəhbərinin bütün sahələrə olduğu kimi təhsil sahəsinə də göstərdiyi qayğı və diqqətdən söz açıb.

Rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək şagirdlər üçün yaradılmış şəraitə görə ölkə başçısına, təhsil nazirliyinə və icra hakimiyyətinə pedaqoji kollektiv adından öz dərin minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, 80 şagird yerlik, 3 korpusdan ibarət modul tipli məktəbdə 8 sinif otağı, 1 müəllimlər otağı, qarderob, 2 sanitar qovşaq mövcuddur.

Məlumat üçün bildirək ki, Burunqovaq kəndi rayon mərkəzindən 72 kilometr uzaqda, Gürcüstan Respublikası ilə sərhəddə yerləşir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında