Ali məktəbdə “Azərbaycan plovu günü”

Bakı Slavyan Universitetində Azərbycan Plovu Günü keçirilib. Tədbirdə slavyandilli ölkələrin Bakıdakı səfirləri və diplomatları, çoxsaylı qonaqlar və media təmsilçiləri də iştirak ediblər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbycan Plovu Gününün iştirakçılarını salamlayıb, bu günlərdə keçirilmiş Prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərinə dərin məhəbbətini  bir daha nümayiş etdirdiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq siyasətinə söykənən milli dövlətçilik ideyasının gənclərə aşılanmasının qarşıda duran ən vacib məsələ olduğunu vurğulayıb.

Rektor Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib.  O, Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığnı qeyd edib: “Adicə bir plovun görün neçə növü var- “Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Çığırtma plov” və başqaları. Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər  dadlı bir nemət tanımıram. Əgər bu sahədə hər hansı bir beynəlxalq  müsabiqə keçirilsə inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”.

Ali məktəb rəhbəri BSU-da Azərbaycan Plovu Gününün  qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, həm də Azərbaycan məbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətlə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib. Rektor bu ənənənin davam etməsini arzu etdiyini də diqqətə çatdırıb. Bu məqsədlə tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə müraciət qəbul olunub. 

Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)   Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında