Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıdadır

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb. 

Nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən  Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında