“Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı”

AMEA-nın İqtisadiyyat İnstitutunun iqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mayis Gülalıyevin “Xarici iqtisadi fəaliyyət: tənzimləmə ilə liberallığın tarazlığı” adlı monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru institutun direktoru, professor Nazim İmanov,  rəyçiləri professor Tərbiz Əliyev və iqtisad elmləri doktoru Fuad Qənbərovdur.

www.science.gov.az saytı yazır ki, monoqrafiya xarici iqtisadi əlaqələrin dörd əsas komponentinin - xarici ticarət, beynəlxalq maliyyə axınları, miqrasiya və beynəlxalq xidmət ticarətinin liberallılğı ilə dövlət tənzimləməsi arasındakı tarazlığın mahiyyəti, ölçülməsi və Azərbaycan üçün alınmış bəzi nəticələrə həsr edilib. Kitabda qloballaşma və onun iqtisadi aspektlərinə, dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarına və onların ölçülməsinə yeni konsep­tual yanaşma təklif olunub.

Yeni nəşr iqtisadi qloballaşma və xarici iqtisadi əlaqələrin liberallaşması, həmçinin iqtisadiyyatın dövlət tənzimləməsi problemləri ilə maraqlananlar üçün faydalı mənbədir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında