Amerikalı alim Arxeologiya və Etnoqrafiya İnstitutunda olub

ABŞ-ın Arizona Dövlət Universitetinin və Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Valter Krist AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda olub.

www.science.gov.az saytının məlumatına görə, institutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli ilə görüşən amerikalı alim bildirib ki, qədim stolüstü oyunların Mesopotamiyanın mədəni təsiri nəticəsində Azərbaycanda da geniş yayılması ehtimal olunur. Görüş zamanı qonağın növbəti həftələrdə institutun elmi şurasında təqdimatla çıxış etməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, Misir, Mesopotamiya və antik Yunan mədəniyyətləri üzrə ixtisaslaşan Valter Krist bu qədim sivilizasiya mərkəzlərində stolüstü oyunların tarixini araşdırır və mövzu üzrə bir sıra elmi əsərlərin müəllifidir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında