Almaniyada akademik səfər proqramında iştirak edən tələbələrlə görüş

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-mexanika fakültəsinin tələbələri ilə görüş keçirilib. Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, DAAD-nin Almaniyaya qısa müddətli akademik səfər proqramında iştirak etmiş müəllim və tələbələrlə görüşüblər.

Dosent Əli Hikmət Əhmədov bu tədbirin keçirilməsində əsas məqsədin həmin səfərdə olanların öz təəssüratlarını fakültə tələbələri ilə bölüşməsi olduğunu bildirib. Son bir neçə ildə universitetdə aparılan uğurlu islahatlardan danışan dosent Əli Hikmət Əhmədov ADNSU-nun xarici universitetlərlə əlaqələri, iştirak etdiyi beynəlxalq mübadilə proqramları barədə tələbələrə məlumat verib.

Proqramda iştirak edən ADNSU əməkdaşları dosent Rauf Məlikov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin mütəxəssisi Nərmin Həmidli martın 11-dən 25-nə qədər Almaniyaya edilən akademik səfər haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Daha sonra tələbələrin səfər proqramı ilə bağlı hazırladığı təqdimat nümayiş olunub.

                                                İ.Əmənullayev

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında