Nüfuzlu "Kral Feysəl" mükafatının builki qaliblərinin adları açıqlanıb

science.gov.az saytında verilən xəbərə görə, ərəb dünyasının nüfuzlu elmi “Kral Feysəl” mükafatının 2018-ci ildəki qaliblərinin adları açıqlanıb.

Bu mükafat 1976-cı ildən İslam dünyasına və İslama xidmət edən şəxslərə, həmçinin riyaziyyat, kimya, fizika, biologiya kimi sahələrdə mühüm nailiyyətlər əldə edən elm xadimlərinə verilir. “Kral Feysəl” Ərəb dünyasının Nobeli də hesab edilir. Mükafat sertifikat, 200 qramlıq qızıl medal və 200 min ABŞ dolları həcmində puldan ibarətdir.

Bu yaxınlarda Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində kral Salman 2018-ci ilin “Kral Feysəl" mükafatını sahiblərinə təqdim edib. Bu il İndoneziya, İordaniya, Tunis, ABŞ və Böyük Britaniyadan olan beş tədqiqatçı "İslama xidmət", "İslamşünaslıq", "Ərəb dili və ədəbiyyatı", "Tibb" və "Elm" kimi beş kateqoriya üzrə mükafatlandırılıblar.

İndoneziyalı professor İrvandi Casvir İslama xidmətlərinə görə, İordaniyanın Beynəlxalq İslam Universitetinin professoru Bəşər Avad “İslam tarixi və bioqrafik mətnlərinin tənqidi nəşrləri” mövzusundakı araşdırmalarına görə, tunisli alim, Manuba Universitetinin professoru Şokri Mabhut ərəb dili və ədəbiyyatına verdiyi töhfələrinə görə, Oxford Universitetinin (Böyük Britaniya) professoru Con M.Boll xüsusi törəməli qeyri-xətti tənliklərin öyrənilməsindəki nailiyyətlərinə görə həmin mükafata layiq görülüblər.

Həmçinin amerikalı professor Ceyms P.Ellison və ABŞ-ın Texas Universitetinin nəzdindəki Parker adına Xərçəngin İmmunoterapiyası İnstitutunun direktoru Vivian Smit "Xərçəngin immunoterapiyası" mövzusunda apardıqları tədqiqatlara görə "Tibb" kateqoriyası üzrə “Kral Feysəl” mükafatının builki laureatlarıdır.

 

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında