Bakı Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur

Bakı Dövlət Universitetində (BDU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixindən danışmış, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz fəaliyyəti ilə bütün Azərbaycan qadınlarına nümunə olduğunu vurğulamışdır.
Xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında və inkişafında qadınların müstəsna rolunu xatırladan akademik A.Məhərrəmov əlamətdar gün münasibətilə qadınları təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Bakı Dövlət Universitetində çalışan qadın əməkdaşlardan bir qrupu səmərəli fəaliyyətinə görə mükafatlandırılmışdır.
Tədbir maraqlı konsert proqramı ilə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında