Rusiyalı arxeoloqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər

Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

 

www.science.gov.az saytı yazır ki, qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mədəni irsin tədqiqi sektorunun müdiri, t.ü.f.d. Kamil İbrahimov müşayiət edib. İlk olaraq muzeyin ekspozisiyası ilə tanış olan rusiyalı  arxeoloqlar daha sonra bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə aparılan genişmiqyaslı sualtı tədqiqatlardan bəhs olunub. Akademik N.Vəlixanlı  1968-1986-cı illərdə aparılan sualtı arxeoloji tədqiqatlar barədə qonaqlara ətraflı məlumat verib. Həmçinin ərəb müəlliflərinin Xəzər dənizi ilə bağlı verdiyi məlumatları diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara muzeyin nəşrləri – monoqrafiya və kataloqlar təqdim edilib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında